Banqladeşin paytaxtı Dəkkədə "Kacchi Bhai" adlı yeddi mərtəbəli restoranda yanğın baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın zamanı 43 nəfər ölüb, 22 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
Yanğınsöndürənlər 75 nəfəri yanğından xilas edə biliblər.
Yanğının səbəbi hələlik məlum olmasa da, yanğınlarla bağlı araşdırmalara başlanılıb.
Əfsanə Rəcəb
Manşet.az