Banqladeşdə yeddi mərtəbəli restoran yandı - 43 nəfər öldü, 22 nəfər yaralandı

11:43 - 01 Mart 2024

Banqladeşdə yeddi mərtəbəli restoran yandı - 43 nəfər öldü, 22 nəfər yaralandı

Banqladeşin paytaxtı Dəkkədə "Kacchi Bhai" adlı  yeddi mərtəbəli restoranda yanğın baş verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yanğın zamanı 43 nəfər ölüb, 22 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilib.

Yanğınsöndürənlər 75 nəfəri yanğından xilas edə biliblər.

Yanğının səbəbi hələlik məlum olmasa da, yanğınlarla bağlı araşdırmalara başlanılıb.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az