Kolumbiyanın İsraillə bağlı qərarı: Silah alışını dayandırdı

18:00 - 01 Mart 2024

Kolumbiyanın İsraillə bağlı qərarı: Silah alışını dayandırdı

"Kolumbiya İsraildən bütün silah alışlarını dayandırıb."

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro dünən Qəzzaya yardım almağa çalışarkən 100 fələstinli vətəndaşın ölümü ilə nəticələnən hadisə ilə bağlı açıqlamada qeyd edib.

Fələstin Səhiyyə Nazirliyi ötən gün İsrailin humanitar yardım maşınlarının ətrafına toplaşan fələstinli mülki şəxslərə atəş açdığını və 100-dən çox insanın həyatını itirdiyini açıqlayıb. İsrail isə yardım maşınlarının ətrafında yaranan izdiham nəticəsində mülki vətəndaşların öldüyünü açıqlayıb. Dünya liderləri və Birləşmiş Millətlər Təşkilatının yardım agentlikləri hadisəni pisləyən bəyanatlar veriblər. Kolumbiya prezidenti Qustavo Petro dünən gecə baş verən hadisə ilə bağlı açıqlama verərək, “Dünya Netanyahunun qarşısını almalıdır. Kolumbiya İsraildən bütün silah alışını dayandırıb “ - qeyd edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az