Rusiyanın Sankt-Peterburq şəhərinə dron hücumu olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, fövqəladə hadisə Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda baş verib, itki yoxdur.
Nəticədə iki evin eyvanının şüşələri qismən zədələnib, zərər çəkmiş mənzillərin sakinləri təxliyyə edilib.
Sosial şəbəkələrdən hadisənin video və fotoları yayılıb.
Sözügedən görüntüləri təqdim edirik: