Keniyanın paytaxtı Nayrobidə təlim və sərnişin təyyarəsi havada toqquşub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Keniya Mülki Aviasiya İdarəsi verdiyi açıqlamada qəzada 2 nəfər həyatını itirib.
Safarilink şirkətindən verilən açıqlamada təyyarədə olan 39 sərnişin və 5 ekipaj üzvünün xilas edildiyi bildirilib.
Qəzanın səbəbi ilə bağlı heç bir açıqlama verilməsə də, hadisə ilə bağlı araşdırma başladılıb.
Əfsanə Rəcəb
Manşet.az