118 yaşlı dünyanın ən yaşlı insanı uzun ömür sürməyin sirrini paylaşdı

17:38 - 05 Mart 2024

118 yaşlı dünyanın ən yaşlı insanı uzun ömür sürməyin sirrini paylaşdı

Dünyanın ən yaşlı insanı ünvanına sahib olan Maria Branyas Morera ib və 4 mart 1907-ci ildə ABŞ-da doğulan dünyanın ən yaşlı insanı ünvanına sahib olan Maria Branyas Morera uzun ömür sürməsinin sirrini bölüşüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 117 yaşını qeyd edən Morera həyatının sirrini "sakit və nizamlı həyat, ailə və dostlarla möhkəm münasibətlər, təbiətlə təmasda olmaq, emosional tarazlıq, pozitiv düşünmək və zəhərli əlaqələrdən qaçmaq" kimi ümumiləşdirib.

Ad günündə sosial media hesabından paylaşdığı paylaşımla da diqqət çəkən Morera uzun ömür yolunda bu prinsiplərin əhəmiyyətinə toxunub.

O, 23 ildir qaldığı qocalar evində ona göstərilən diqqətdən razılığını və sağlam şəkildə davam etdiyini bildirib.

Elm adamları Moreranın uzun ömrünün genetik və həyat tərzi detallarını araşdıraraq bu sahədə əhəmiyyətli tapıntılar əldə etməyi hədəfləyirlər.Moreranın qocalma prosesinin tibbi müayinələrinin məqsədi qocalmanı yavaşlatan genləri müəyyən etməkdir.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az