Bu ölkələr Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

18:00 - 05 Mart 2024

Bu ölkələr Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır

Rusiya və Çin Aya nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Federal Kosmik Agentliyinin (Roskosmos) prezidenti Yuri Borisov bildirib ki, Rusiya və Çin 2033-2035-ci illərdə Ayda nüvə enerji bloku yerləşdirməyi planlaşdırır.

Borisov Moskvada keçirilən tədbirdəki çıxışında Çinlə Ayda birgə araşdırmalar üçün müqavilə imzaladıqlarını bildirib.

Çinlə Ay üzərində araşdırmalarla bağlı əhəmiyyətli bir layihənin hazırlandığını qeyd edən Borisov, "2033-2035-ci illərdə Çinli həmkarlarımızla birlikdə Ay səthinə nüvə enerji blokunun çatdırılması və quraşdırılması layihəsini qiymətləndiririk" deyib.

Borisov əlavə edib ki, sözügedən qurğu robot texnologiyalarından istifadə etməklə hazırlanacaq.

Roskosmos ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında 2021-ci ildə Ayda tədqiqat aparmaq üçün birgə stansiyanın yaradılması üçün anlaşma memorandumu imzalanıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az