Ramazan ayında fələstinlilərin Məscidül-Əqsaya girişi ilə bağlı baş nazir Benyamin Netanyahunun hökumət üzvləri və təhlükəsizlik rəsmiləri ilə keçirdiyi görüşdən alınan qərarlar açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, açıqlamada İsrail hökuməti fələstinlilərin Ramazan ayında Məscidül-Əqsaya səfərinə heç bir məhdudiyyət qoyulmayacağı və qərarın həftəlik nəzərdən keçiriləcəyi paylaşılıb.
Həmçinin, Ramazan ayının ilk həftəsində əvvəlki illərdə olduğu kimi eyni sayda fələstinlinin Məscidül-Əqsaya daxil olmasına icazə veriləcəyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az