Perunun baş naziri Alberto Otarola haqqında çıxan korrupsiya ittihamlarından sonra tutduğu vəzifədən istefa verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Otarola prezident Dina Boluarte ilə görüşdükdən sonra keçirdiyi mətbuat konfransında açıqlama verib.
Otarola ona qarşı irəli sürülən korrupsiya iddialarını heç bir şəkildə qəbul etmədiyini bildirib və məsələdə Perunun keçmiş prezidenti Martin Vizkarranı günahlandırıb:
"Həyatım və peşə karyeram boyunca həmişə əxlaqa, etikaya və qanunun aliliyinə inanmışam. Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Mən bütün araşdırmalara açığam və bütün bunların arxasında cənab Martin Vizkarranın dayandığına heç bir şübhəm yoxdur”,
Qeyd edək ki, Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra hərəkətə keçən prokurorluq baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlamışdı. Peru KİV-lərinin məlumatına görə, Otarola keçmiş biznes ortağını dövlətlə qeyri-qanuni müqavilə bağlamağa kömək etməkdə ittiham olunur.
Əfsanə Rəcəb
Manşet.az