“Hulk” Qəzza üçün səsləndi

12:34 - 06 Mart 2024

“Hulk” Qəzza üçün səsləndi

“Marvel”in ən tanınmış personajlarından olan “Hulk” obrazını canlandıran məşhur amerikalı aktyor Mark Ruffalo Qəzzada baş verənlərə diqqət çəkmək üçün sosial media hesabından paylaşım edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ruffalo paylaşımında “Bütün ölümlər dayandırılmalıdır” deyib.

Aktyor paylaşımında “Qəzzada həyatı alt-üst olan bütün günahsız uşaqlar üçün tək ürək olaraq deyirik ki, bizim adımızdan istifadə etməyin. Bütün qətllər dayandırılmalıdır. Hazırda Qəzzada 6 yaşdan kiçik hər 2 uşaqdan biri qidasızdır və aclıq riski altındadır. Fələstində dərhal atəşkəs tələb etmək üçün dünyaya qoşulun. İnsanlığımız ondan asılıdır. Başqa bir dünya mümkündür və biz bunu həyata keçirəcəyimizə söz veririk" ifadələrinə yer verib.

Əfsanə Rəcəb

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az