Yanvar ayında qarın əməliyyatından sonra yoxa çıxan Uels şahzadəsi Keyt Middlton həftələr sonra ortaya çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Middlton anası ilə Vindzor qəsri yaxınlığında maşın sürərkən kameralara tuş gəlib.
Kameranı görəndə gülümsəyən Middltonun səhhəti pərəstişkarlarını sevindirib.
Saraydan verilən açıqlamada Kate Middletoun Pasxa bayramından sonra kral tədbirlərinə dönəcəyi və əməliyyatdan sonrakı sağalma prosesinin yaxşı getdiyi bildirilib.
Əfsanə Rəcəb
Manşet.az