Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti İrana rəsmi səfərə yola düşüb.
Manset.az oxu.az-a istinadən xəbər ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan hakimiyyəti İranla təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair müqavilə imzalamaq niyyətində olduğunu bildirib.