Şimali Koreya lideri Kim Çen In ölkənin qərbindəki hərbi bazaya səfəri zamanı əsgərlərin səhra hazırlığını yoxlayarkən orduya döyüş hazırlığını artırmağı əmr edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya lideri ABŞ və Cənubi Koreyanın 11 günlük birgə “Azadlıq Qalxanı” təliminə başlamasından sonra yeri açıqlanmayan bazaya ölkənin baş çəkib.
Açıqlamaya görə, Şimali Koreya lideri bazanı gəzib və əsgərlərin səhra hazırlığını yoxlayıb.
Kim mövcud vəziyyətin tələblərinə uyğun olaraq ordunun döyüş hazırlığını gücləndirərək dinamik şəkildə yeni dövrə başlaması lazım olduğunu bildirib.
Bəyanatda, həmçinin, Kim əsgərlərə “Ordumuz mükəmməl döyüş hazırlığı üçün döyüş qabiliyyətini sürətlə təkmilləşdirməyə yönəlmiş faktiki döyüş təlimlərini davamlı şəkildə gücləndirməlidir” sözlərini də sitat gətirib.
Əfsanə Rəcəb
Manşet.az