Belarus Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin "döyüş hazırlığının hərtərəfli auditinə" başladığını açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Nazirlik təlimə hərbi texnikanın hərəkəti, həmçinin canlı atəşlə şəxsi heyətin təliminin daxil olduğunu bildirib.
Qeyd edək ki, Belarus Rusiyanın yaxın müttəfiqlərindən biridir. Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda ölkəsinin Belarusda taktiki nüvə silahı yerləşdirdiyini bəyan etmişdi. Həmçinin, Belarus prezidenti Aleksandr Lukaşenko Vaqnerin Moskvaya qarşı üsyanını dayandırmaq üçün vasitəçi olmuşdu.
Əfsanə Rəcəb
Manşet.az