Kanadanın Vaterloo Universitetinin mütəxəssisləri insanların süni intellekt şəkillərini reallıqdan ayıra bilib-bilmədiyini anlamaq üçün eksperiment keçiriblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, eksperiment zamanı 260 nəfərə bir sıra həqiqi və süni insan simaları göstərilib. Onlardan yalnız 61 faiz real və saxta şəkilləri düzgün ayırd edə bilib. Qadınlar yüzdə 55-70 nisbətində, kişilər isə yüzdə 50-65 nisbətində düzgün təxmin ediblər. Bundan əlavə, 18-24 yaş qrupunda dəqiqlik 62 faiz olduğu halda, 60-64 yaş qrupunda bu nisbət yüzdə 53-ə düşüb.
Əfsanə Rəcəb
Manşet.az