NATO-nun qərargahında İsveç bayrağı qaldırıldı - VİDEO

16:37 - 11 Mart 2024

NATO-nun qərargahında İsveç bayrağı qaldırıldı - VİDEO

NATO-nun Brüsseldəki mənzil-qərargahında İsveçin Şimali Atlantika Alyansına qoşulması şərəfinə ölkənin dövlət bayrağı qaldırılıb.

 

Manset.az xəbər verir ki, mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveçin baş naziri Ulf Kristersson və vəliəhd şahzadəsi Viktoriyanın iştirakı ilə baş tutub.

“Bu, tarixi bir gündür, İsveçi NATO-da salamlayırıq. İsveçin NATO-ya üzvlüyü bizi daha güclü edir”, - deyə Stoltenberq vurğulayıb.

Mərasim NATO himninin səsləndirilməsi ilə başa çatıb.

Xatırladaq ki, İsveç rəsmi olaraq keçən həftə Şimali Atlantika Alyansına qoşulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az