2007-ci ildə İtaliyada baş verən qətl bütün dünyanı şoka salmışdı.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ingilis tələbə Meredith Kercherin (22) otaq yoldaşı, amerikalı Amanda Knoks (36) tərəfindən cinsi əlaqəyə məcbur edildiyi, imtina etdikdə isə öldürüldüyü iddia edilmişdi.
Amanda Knoks və o vaxtkı sevgilisi Raffaele Sollecito bəraət qazanmışdı. Rudy Guede isə 16 il həbs cəzasına məhkum edilib və 2021-ci ildə azad edilib. Amanda Knoksun məhkəmədə olduğu müddətdə daim güldüyü üçün qeyri-səmimi olduğu düşünülmüş, buna görə də cəmiyyətin gözündə cinayətkar kimi qəbul edilmişdi.
Amanda Knoksun hekayəsinin seriala çevriləcəyi açıqlanıb.
Filmdə Amanda Knoksu Marqaret Qualley canlandıracaq. Serialın prodüseri Monika Levinskidir. Serialın ssenarisini yazmağa da kömək edən Amanda Knoks başqa digər bir prodüser olacaq.
Əfsanə Rəcəb
Manşet.az