Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildi

09:53 - 12 Mart 2024

Rusiya tarixində ilk: Koreya vətəndaşı həbs edildi

Rusiya tarixində ilk dəfə Koreya vətəndaşı casusluğa görə həbs edilib.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Rusiya tarixində casusluqla bağlı cinayət işi çərçivəsində saxlanılan ilk Koreya vətəndaşı Vladivostokdan Moskvaya köçürülüb.

“Casusluqla bağlı cinayət işinin istintaqı çərçivəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Koreya Respublikasının vətəndaşı Pek Von Aun müəyyən edilərək saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu Vladivostokda saxlayıblar və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. O, istintaq əməliyyatlarının aparılması üçün Vladivostokdan Moskvaya aparılıb”, - deyə məlumatda qeyd edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az