Yaponiya Bankı 17 ildə ilk dəfə faiz dərəcələrini artırıb və gəlir əyrisinə nəzarət siyasətini ləğv edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu qərarla artıq Yaponiya dünyada mənfi faiz tətbiq edən yeganə ölkə deyil.
Beləki, Yaponiya Bankı (BOJ) 2016-cı ildə başladığı mənfi faiz siyasətini böyük şirkətlərdə əhəmiyyətli əməkhaqqı artımından sonra dayandırmaq qərarına gəlib. BOJ-nin iki günlük pul siyasəti toplantısından sonra edilən açıqlamada qısa müddətli faiz dərəcələrinin mənfi 0,1 faizdən yüzdə 0-0,1 aralığına qaldırılacağı ifadə edilib. Beləliklə, BOJ son 17 ildə ilk faiz artımı ilə dünyanın aparıcı mərkəzi bankları arasında mənfi faiz siyasətindən imtina edən sonuncu bank olub.
Əfsanə Rəcəb
Manşet.az