Gözəllik müsabiqəsinin qalibi də həlak oldu - Fotolar

08:00 - 24 Mart 2024

Gözəllik müsabiqəsinin qalibi də həlak oldu - Fotolar

Martın 22-si “Crocus City Hall” konsert zalında baş vermiş terror aktı zamanı “Miss Tver 2001” titulunun qalibi Yekaterina Novoselova həlak olub.

 

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə “aif.ru” onun yaxınlarına istinadən məlumat yayıb.

42 yaşlı Novoselovanın adı Moskva vilayətinin Səhiyyə Nazirliyinin dərc etdiyi ilkin rəsmi siyahıda yer alıb.

Qeyd olunur ki, Y. Novoselova 2001-ci ildə gözəllik müsabiqəsinin qalibi olub.

Xatırladaq ki, son məlumata görə, terror aktı nəticəsində 133 nəfər ölüb, 107 nəfər xəsarət alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az