Ukrayna və Danimarka memorandum imzaladı

20:40 - 25 Mart 2024

Ukrayna və Danimarka memorandum imzaladı

Danimarka və Ukrayna arasında Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi təchizat sahəsində əməkdaşlıq memorandumu imzalanıb.

 

Manset.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi öz teleqram kanalında məlumat yayıb.

“Müdafiə Təchizatları Agentliyi (Ukrayna Müdafiə Nazirliyi) və Danimarkanın Müdafiə Təchizatları və Logistika Təşkilatı (DALO) arasında müdafiə satınalmaları sahəsində anlaşma və əməkdaşlıq memorandumu imzalanıb”, - deyə məlumatda bildirilir.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bildirib ki, imzalanmış memorandum Ukrayna Silahlı Qüvvələrinə müasir silah və hərbi texnikanın tədarükü üzrə əməkdaşlığın dərinləşdirilməsində mühüm addımdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az