Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edildi

23:12 - 25 Mart 2024

Rusiyada terror aktı ilə bağlı daha bir nəfər həbs edildi

Moskvanın Basmannı məhkəməsi "Crocus”da terror aktı ilə bağlı iş üzrə altıncı müttəhim İsrail İslamovu həbs edib.

 

Manset.az "Report"a istinadən xəbər verir ki,  bu barədə Moskva məhkəmələrinin mətbuat xidməti özünün teleqramdakı kanalında xəbər yayıb.

O, bir ay iyirmi doqquz gün müddətinə həbs edilib. İsrail İslamov mayın 22-dək istintaq təcridxanasında qalacaq.

Məhkəmə bağlı qapılar arxasında keçirilib.

Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 6 nəfərə çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az