Şvartsenegger ürəyindən 4-cü dəfə əməliyyat olundu

14:37 - 26 Mart 2024

Şvartsenegger ürəyindən 4-cü dəfə əməliyyat olundu

76 yaşlı Hollivud ulduzu  Arnold Şvartsenegger dördüncü dəfə ürəyindən əməliyyat olunub.

 

Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyor özü açıqlama verib. O, ürəyinə kardiostimulyator quraşdırıldığını bildirib. Zarafat edən sənətçi özünü "Arnold's Pump Club"a bənzədib. 

Arnold "Əvvəlki əməliyyatdan bəzi çapıq toxuması ürək döyüntüsünü nizamsız etdi" deyə, əlavə edib.

Bir neçə ildir ki, həkimlər aktyorun sağlamlığını ciddi şəkildə izləyirlər və sonda ürək stimulyatoru quraşdırmaq qərarına gəliblər. Bildirilib ki, Arnold özünü yaxşı hiss edir. O, ötən cümə günündən ayağa qalxıb.

Qeyd edək ki, aktyor üçüncü açıq ürək əməliyyatı zamanı həkimlərin səhvə yol verərək ürəyinin divarını deşdiklərini, az qala öləcəyini demişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az