Ərdoğan bu tarixdə ABŞ-a gedəcək

15:56 - 26 Mart 2024

Ərdoğan bu tarixdə ABŞ-a gedəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında Amerika lideri Co Baydenlə danışıqlar aparmaq üçün ABŞ-a səfər edə bilər.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb.

“Əgər ABŞ-ın seçki təqvimində problem olmasa, Ərdoğan mayın ikinci həftəsində Vaşinqtona getməyə razı olacaq. Mayın 9-da Ərdoğanın Baydenlə danışıqlarına diqqət yetirə bilərsiniz”, - nəşr yazıb.

Qəzetin qeyd etdiyi kimi, iki ölkə arasında son qarşılıqlı yüksək səviyyəli səfərlərdən sonra bir müddətdir ki, Türkiyə və ABŞ liderlərinin yaxınlaşması üçün səylər davam etdirilir.

Tural


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az