ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edildi

17:46 - 26 Mart 2024

ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edildi

ABŞ-da insan ayağını oğurlayıb yeyən şəxs həbs edilib.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə martın 22-də cümə günü bir nəfəri qatarın vurduğu Kaliforniya ştatının Vasko şəhərində baş verib. 27 yaşlı Resendo Tellez hadisə yerinə digərlərindən tez gəlib və relslərdən kəsilmiş ayağı götürüb.

Ətrafdakı bir nəfərin çəkdiyi videoda Tellezin əlində insan ayağı səki ilə getdiyi və onu çeynəməyə çalışdığı görünür. Polis maşını ona çatanda o, kəsilmiş ayağı havaya qaldıraraq onu qarşılayıb.

Tellez müqavimət göstərmədən polisə təslim olub. O, cinayət yerindən qanunsuz olaraq sübut ələ keçirməkdə ittiham olunur. Bundan əlavə, o, əvvəllər bir neçə cinayətdə iştirak etdiyinə görə axtarışda olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az