G7 ölkələri İranın İsrailə hücumunu pislədi

20:30 - 14 Aprel 2024

G7 ölkələri İranın İsrailə hücumunu pislədi

Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.

“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək:

“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – o qeyd edib.

“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Livan gələn həftə Avropa Şurasında müzakirə olunacaq”, – Mişel əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az