Seçki kampaniyasını davam etdirən "Fənərbağça"nın prezidenti Ali Koç konqres üzvləri ilə bir araya gəldiyi toplantıda "Qalatasaray"ın qurucusu Ali Sami Yenə yönələn təhqiramiz şüarları sərt tənqid edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Koç təhqiramiz şüarlar səsləndirənlərə reaksiya verərək “Bura Ali Sami Yeni qoymağınız çox böyük hörmətsizlikdir”deyib.
Beləki, “Fənərbaxça” prezidenti çıxış edərkən konqres üzvləri “Hakan Şükür, Arif Ərdəm, Ali Sami Yen, Fətullah Gülən, hamısı g...” şüarlarını səsləndirib.
Koç reaksiya verdikdən sonra səslər kəsilib.
Əfsanə Rəcəb
Manşet.az