ABŞ-ın Nyu-York şəhərində Fələstin əsilli mamalıq və ginekologiya şöbəsində çalışan tibb bacısı Hesen Cabr mükafat alarkən etdiyi çıxışda İsrailin Qəzzaya hücumlarını "soyqırım" kimi xarakterizə etdiyi üçün xəstəxana rəhbərliyi tərəfindən işdən çıxarılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, tibb bacısı NYU Langone Tibb Mərkəzi tərəfindən "şəfqət mükafatına" layiq görülüb.
Cabr mükafatlandırma mərasimindəki çıxışında “Ölkəmin qadınlarının Qəzzada törədilən soyqırımda ağlasığmaz itkilər verdiyini görmək məni ağrıdır” deyib.
Tibb bacısı daha sonra sosial media hesabında mükafat çıxışından sonra xəstəxana rəhbərliyi tərəfindən çağırıldığını və işdən çıxarıldığını açıqlayıb.
Xəstəxana rəhbərliyi Cabrın işdən çıxarılmasını təsdiq edərək bildirib ki, tibb bacısına əvvəllər onun bölücü və ittihamedici fikirlərini iş yerinə gətirməməsi barədə xəbərdarlıq edilib.
Əfsanə Rəcəb
Manşet.az