Qalstanyan etirazçıları XİN-in binasına hücum etməyə çağırdı

15:29 - 31 May 2024

Qalstanyan etirazçıları XİN-in binasına hücum etməyə çağırdı

İrəvanda “Vətən naminə Tavuş” müxalif hərəkatının tərəfdarları Ermənistan Xarici İşlər Nazirliyinin binası önündə etiraz aksiyası keçirir.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hərəkatın lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan ölkənin xarici işlər naziri Ararat Mirzoyanın etirazçılarla görüşünü tələb edib. 

Bununla belə, Ermənistan polisi A.Mirzoyanın etirazçıları qəbul etməyəcəyini açıqlayıb. Etirazçıların bir qismi erməni nazirin binanın digər çıxışından XİN-i tərk edə biləcəyi ehtimalına görə həmin hissəyə yollanıblar. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma da baş verib. 

Erməni teleqram kanallarında yayılan məlumata görə, Baqrat Qalstanyan etirazçıları binaya hücum etməyə çağırıb.

Hazırda XİN-in binası ətrafında vəziyyət gərgin olaraq qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az