Almaniyanın Mannheim şəhərində sağçıların etiraz aksiyasına bıçaqla hücum edən şəxs polis tərəfindən güllələnib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mannheim polisi hücumçuya qarşı odlu silahdan istifadə edildiyini açıqlayıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə şəhərin mərkəzi Marktplatz meydanında bir nəfərin bıçaqla insanlara hücum etməsi əks olunub.
Görüntülərdə bir nəfərin ayağından bıçaqlandığı, hadisəyə müdaxilə etməyə çalışan polis əməkdaşının isə boynunun kəsildiyi görünüb.
Daha sonra başqa bir polis məmuru hücumçunu güllələyib.
Əfsanə Rəcəb
Manşet.az