Türkiyəli tanınmış aparıcı və aktyor Cess Molho 22 illik həyat yoldaşı Zeynep Molhodan boşanmaq qərarına gəldiyi haqda yayılan xəbərləri təkzib edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir müddətdir TV8-də Demet Akalınla veriliş hazırlayan məşhur aparıcının həyat yoldaşı ilə mübahisə etdiyi və ayrılmaq qərarına gəldiyi iddia edilib.
16 və 14 yaşlarında iki övladı olan Molho cütlüyünün boşanma qərarı verərək məhkəməyə müraciət etdiyi, hətta qəyyumluqla bağlı razılığa gəldiyi bildirilib. Evliliyini gözdən uzaqda davam etdirən Cess Molho keçmiş sevgilisi, jurnal şərhçisi Yağmur Çevikə açıqlamasında boşanma iddiasını rədd edib.
Molhonun yeni açıqlama verib-verməyəcəyi hələlik məlum deyil.
Əfsanə Rəcəb
Manşet.az