Hindistanın Uttar Pradeş və Odişa ştatlarında isti hava səbəbindən ölənlərin sayı 53-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2 həftədir davam edən istilərdə termometrlər 50 dərəcəni göstərib.
Şimaldakı Uttar Pradeş əyalətində ölənlərin sayı 33-ə yüksəlsə də, Odişa əyalətinin Xüsusi Yardım Komissarlığının rəsmisi son 72 saat ərzində onlara isti vurması nəticəsində 99 şübhəli ölüm xəbərinin verildiyini, lakin onlardan 20-nin təsdiqləndiyini söyləyib.
Əfsanə Rəcəb
Manşet.az