İllərdir küsülü olan Türkiyəli 2 məşhur reper barışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir müddətdir ağciyər xərçəngi ilə mübarizə aparan "Saqopa Kajmer" səhnə adı ilə tanınan Yunus Özyavuzun anası Serpil Özyavuz dünyasını dəyişib.
İllərdir küsülü olduğu reper Seza Saqopa Kajmeri kədərli günündə də tək qoymayıb.
Ceza sosial media hesabındakı paylaşımla Saqopa Kajmerə başsağlığı verib.
Saqopa Kajmer, "Çox sağ ol, Ceza. Ölüm günü düşmənçiliklər ölür, ağrılar paylaşılır" deyib.
Əfsanə Rəcəb
Çamşet.az