Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko cinayət işi üzrə axtarışa verilib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.
“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir.
Axtarışın hansı maddə ilə aparıldığı barədə məlumat verilmir.
Qeyd edək ki, Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, “Batkivşina” fraksiyasının lideridir. Həmçinin MDB məkanında ilk qadın baş nazirdir.