Timoşenko axtarışa verildi

23:43 - 07 İyun 2024

Timoşenko axtarışa verildi

 

Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko cinayət işi üzrə axtarışa verilib.

Manset.az Axar.az-a istinadən  xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında deyilir.

“Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında deyilir.

Axtarışın hansı maddə ilə aparıldığı barədə məlumat verilmir.

Qeyd edək ki, Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, “Batkivşina” fraksiyasının lideridir. Həmçinin MDB məkanında ilk qadın baş nazirdir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az