Rusiyada 250-dən çox miqrantı öz mənzilində qeydiyyata salan qadın tutula bilər

19:46 - 08 İyun 2024

Rusiyada 250-dən çox miqrantı öz mənzilində qeydiyyata salan qadın tutula bilər

Rusiyada Kalininqrad şəhər sakini olan qadın öz mənzilində 250-dən çox insanı qeydiyyata salıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Kalininqrad vilayətinin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlum olub ki, 55 yaşlı yerli sakinin Kiyevskaya küçəsindəki mənzilində 250-dən çox miqrant qeydiyyatadır. Qeydiyyat prosedurları 2023-cü ilin yanvarından 2024-cü ilin martına qədər həyata keçirilib.

Vətəndaşların qanunsuz qeydiyyata alınması faktını miqrasiya idarəsinin əməkdaşları ərazi polis əməkdaşları ilə birgə aşkar ediblər.

Məlum olub ki, qadın qeyri-qanuni mühacirlərə faktiki qalmaq üçün öz yaşayış sahəsini təqdim etməyi planlaşdırmayıb.

Ona qarşı cinayət işi açılıb və indi mülk sahibini üç ilə qədər həbs gözləyir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az