Yəməndəki husi qruplaşması Qırmızı dənizdə Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “HMS Diamond” esminesinə ballistik raket zərbələri endirib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə husilərin nümayədəsi Yəhya Sariya məlumat verib.
“Yəmənin raket qoşunları bir neçə ballistik raketdən istifadə etməklə Qırmızı dənizdə Britaniyanın “HMS Diamond” esminesinə qarşı əməliyyat keçirib”, - Sariya bildirib.
Onun sözlərinə görə, raketlər hədəfə dəyib