Fransa Prezidenti Emmanuel Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması barədə qərar qəbul edib.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa lideri Emmanuel Makron televiziya müraciətində deyib.
"Mən növbədənkənar parlament seçkilərini təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də olacaq", - prezident bildirib.