BBC jurnalistinin cəsədi bu ölkədə tapıldı

00:00 - 09 İyun 2024

BBC jurnalistinin cəsədi bu ölkədə tapıldı

Yunanıstanın Sima adasında istirahət edərkən itkin düşən BBC-nin aparıcısı, televiziya jurnalisti və dietoloq Maykl Mosli ölü tapılıb.

Manset.az musavat.coma-a istinadən xəbər verir ki, bu barədə bazar günü, iyunun 9-da BBC-nin saytında məlumat verilib.

Bildirilib ki, 67 yaşlı aparıcının cəsədi iyunun 9-da Aqia Marina çimərliyi yaxınlığında tapılıb.

Adanın meri Lefteris Papakalodukasın sözlərinə görə, axtarış qrupları kameralarla sahil xəttini yoxlayan zaman cəsəd aşkar edilib. Polis aydınlaşdırıb ki, Moslinin ölümü bir neçə gün əvvəl baş verib.

Qeyd olunur ki, axtarışlarda yanğınsöndürənlər, helikopterlər, dronlar, xüsusi itlər, yerli sakinlər, Mosli ailəsinin üzvləri iştirak ediblər.

Xatırladaq ki, jurnalist iyunun 5-də yoxa çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az