“Google Translate”ə 110 yeni dil əlavə olunacaq

19:24 - 27 İyun 2024

“Google Translate”ə 110 yeni dil əlavə olunacaq

Google” texnologiya korporasiyası “Google Translate” onlayn tərcüməçisinə 110 yeni dil əlavə edəcək.


Manset.az  “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.
“İstifadə etdiyimiz dillərin sayını artırmaq üçün süni intellekt texnologiyasından istifadə edirik. Nəhəng PaLM 2 dil modelimizlə tariximizdəki ən böyük genişlənmə olan “Google Translate”ə 110 yeni dil əlavə edəcəyik”, - məlumatda qeyd olunub.
Əlavə olunacaq dillər arasında avar, başqırd, buryat, çeçen, çuvaş, osetin, udmurt, çukça, tuvan, yakut, krım-tatar, tibet, portuqal (Avropa versiyası), şimali sami, breton və s. var.
Qeyd edilir ki, ümumilikdə bu dillərdə 614 milyon insan və ya dünya əhalisinin 8%-i danışır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az