Türkiyədə sərxoş sürücü gənc qızı körpüdən aşırdı - VİDEO

10:04 - 28 İyun 2024

Türkiyədə sərxoş sürücü gənc qızı körpüdən aşırdı - VİDEO

Türkiyənin Mersin şəhərində dəhşətli qəza baş verib.
 

Manset.az xəbər verir ki, kommersiya məqsədləri üçün istifadə edilən avtomobil qarşısında olan mikroavtobusu ötməyə çalışarkən ona arxadan çırpılıb. Sonra idarəetməni itirərək yol kənarındakı zibil konteynerinə, ardınca isə körpü boyu səkidə piyada gedən 21 yaşlı Beyza M. adlı qıza dəyib.

Nəticədə avtomobil körpünün kənarında asılı vəziyyətdə qalıb, gənc qız isə təxminən üç metr hündürlükdən yıxılaraq ağır yaralanıb. Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qəzaya səbəb olan sürücünün sərxoş olduğu müəyyən edilib.

Hadisə yaxınlıqdakı iş yerinin təhlükəsizlik kamerası tərəfindən anbaan lentə alınıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az