Tez-tez qətl xəbərləri ilə gündəmə gələn ABŞ polisi yeni qalmaqal yaradıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əslən qaradərili olan 36 yaşlı Sonya Massey gecə 911-ə zəng edərək bağında kiminsə olduğu ilə bağlı polisə şikayət edib. Hadisə yerinə gələn polislər axtarış apardıqdan sonra qadının evinə gediblər və ondan şəxsiyyət vəsiqəsini gətirməyi tələb ediblər.
Daha sonra aralarında yaşanan mübahisə zamanı qadının yalvarmasına baxmayaraq, məmurlardan biri onu 3 atəş açaraq qətlə yetirib.
Evin bağçasında olan kamera görüntüləri qeydə alıb və ABŞ rəsmiləri tərəfindən cinayət təsdiqlənib.
Faktla bağlı cinayət işi açılıb.


Fidan Əliyeva
Manşet.az