Çavuşoğlu Kiyevin "Bayraqdar"la zərbəsini şərh Etdi

11:55 - 31 Oktyabr 2021

Çavuşoğlu Kiyevin \"Bayraqdar\"la zərbəsini şərh Etdi

Bir ölkə bizdən, başqa ölkədən silah alırsa, o silahı Türkiyə, Rusiya və ya Ukrayna silahı adlandırmaq olmaz.

Manşet.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı müxbirin Donbasda Türkiyə istehsalı olan PUA-nın istifadəsi ilə bağlı sualına cavabında deyib.

"Əgər bir ölkə bizdən silah alırsa, o artıq Türkiyənin deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub, ancaq Ukraynaya məxsusdur. Bunun üçün Türkiyəni qınamaq olmaz", - deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, Ukrayna ordusunun Donbasda "Bayraqdar"dan ilk dəfə istifadə edərək, haubitsanı məhv etməsi Rusiyanın ciddi etirazına səbəb olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az