Ermənistan DİN Qarabağı könüllü tərk etmiş erməniləri silahlarını təhvil verməyə çağırdı

18:59 - 09 Avqust 2024

Ermənistan DİN Qarabağı könüllü tərk etmiş erməniləri silahlarını təhvil verməyə çağırdı

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk etmiş erməniləri qanunsuz saxladıqları silahları təhvil verməyə çağırıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, həmin silah-sursat sonrakı mərhələdə nazirlikdə qeydiyyata alınacaq.

Nazirlikdən ov tüfəngləri ilə yanaşı, bu ölkənin ərazisinə qanunsuz olaraq keçirilən tapançaların da könüllü şəkildə təhvil verilməli olduğunu bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az