Avropa İttifaqı (Aİ) vasitəçi ölkələr olan ABŞ, Misir və Qətərin Qəzza zolağında əsir mübadiləsi və atəşkəs üçün İsrail və HƏMAS arasında danışıqlara başlamaq çağırışını dəstəklədiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrel "X" hesabında ABŞ, Misir və Qətərin Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi üçün danışıqlara yenidən başlamaq çağırışı ilə bağlı paylaşım edib.
Aİ-nin vasitəçi ölkələrin çağırışına qoşulduğunu ifadə edən Borrel, "Bu dözülməz ağrılar dövrünə son qoymaq üçün onların vasitəçiliyinə tam dəstəyimizi bir daha bildiririk. Saziş həm də regional gərginliyin azaldılmasına yol açacaq", - bəyan edib.
Manşet.az