Yeni Avropa Parlamentində 720 deputatdan yalnız 37-si fərqli etnik mənşəyə malikdir.
Manset.az bu barədə "Euronews"- a istinadən xəbər verir.
Məlumata görə, yeni seçilən 720 deputatdan 37-si etnik mənşəlidir və bu say 2019-cu ildə keçirilən seçkilərlə eynilik təşkil edir.
İrqçiliyə Qarşı Avropa Şəbəkəsinin (ENAR) sözçüsü bildirib ki, "AP-də əhəmiyyətli təmsilçiliyin olmaması bu qurumun Avropa əhalisinin müxtəlifliyini əks etdirmədiyinə dair tapıntılarımızı gücləndirir. Bu tendensiya Aİ-nin siyasi strukturlarında daha çox inklüzivliyə və təmsilçiliyə təcili ehtiyacı vurğulayır”.
Qeyd edək ki, Avropa Parlamentinə ev sahibliyi edən Brüssel 184 fərqli millətin təmsil olunduğu etnik müxtəliflik baxımından dünyanın ən zəngin bölgələrindən biridir .
Fidan Əliyeva
Manşet.az