Bayden Harrislə birlikdə mitinqə qatıldı

17:19 - 16 Avqust 2024

Bayden Harrislə birlikdə mitinqə qatıldı

ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra ilk dəfə Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrislə seçki mitinqinə qatılıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumatda bildirilir ki, coşğulu izdiham tərəfindən qarşılanan ikili səhnədə bir-birini qucaqlayaraq seçicilərə birlik mesajı verib. Çıxışı zamanı Bayden Harrisin çox uğurlu prezidentlik edəcəyini bildirib.

Baydenə verdiyi dəstəyə görə təşəkkür edən Harris, öz idarələrində çox uğurlu iş gördüklərini vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Bayden iyulun 21-də prezidentlik yarışından çəkildiyini açıqlamışdı.
 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az