Pakistanda meymunçiçəyi virusu aşkarlandı

17:22 - 16 Avqust 2024

Pakistanda meymunçiçəyi virusu aşkarlandı

Pakistanda bu il ilk dəfə 3 nəfərdə meymun çiçəyi virusu (mpox) aşkarlanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Səhiyyə Nazirliyinin sözçüsü Sacid Şah açıqlamasında bildirib ki, bu insanlarda viral infeksiyanın yüngül simptomları var, lakin yayılmanın qarşısını almaq üçün kontakt axtarışı aparılıb. Şah bildirib ki, nümunələr təsdiqlənmək üçün Milli Səhiyyə İnstitutuna göndərilib.

Xatırladaq ki, Pakistanda 2023-cü ilin aprelindən bəri 11 mpox hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az