ABŞ-nin dövlət katibi Antoni Blinken bazar günü İsrailə səfər edəcək və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, Blinken İsrail səfərindən sonra Qahirə və Dohaya da səfər edə bilər.
Qeyd edək ki, Blinken İsrail və Həmas arasında avqustun 15-də başlayan atəşkəs danışıqlarından əvvəl etməyi planlaşdırdığı Yaxın Şərq səfərini təxirə salıb.
Blinkenin səfərinin “regiondakı qeyri-müəyyənlik” səbəbindən təxirə salındığı bildirilib.