Qəzza üçün atəşkəs danışıqları nəticəsiz qaldı

10:03 - 19 Avqust 2024

Qəzza üçün atəşkəs danışıqları nəticəsiz qaldı

Xəbər verdiyimiz kimi, avqustun 16-da Qətərin paytaxtı Dohada Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi danışıqları başlamışdı. 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ın iştirak etmədiyi atəşkəs danışıqları heç bir nəticə verməyib.

Danışıqların nəticəsiz qalmasından sonra ABŞ Misirdə davam edəcək Qəzza atəşkəs danışıqlarında İsraili bəzi şərtlərindən imtina etməyə məcbur edir.

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın qarşı çıxdığı “İsrail əsgərlərinin Qəzza-Misir sərhədində qalması” və “Qəzzanın şimalına qayıdanların yoxlanılması” şərtlərini irəli sürmüşdü. ABŞ bu təklifə əlavə olaraq, HƏMAS əsgərləri cənubdan şimala yenidən sızmağı bacararsa, “İsrailə müharibəni yenidən başlamaq hüququ” verib. O, həmçinin Qəzza-Misir sərhədindən çəkildikdən sonra HƏMAS-ın yenidən silahlanmasına mane olacaq “yeni prosedurlar” təklif edib. İsrail yeni təklifi qəbul edərsə, Qətər və Misir HƏMAS-a müqavilə imzalaması üçün təzyiq göstərəcək.

Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri 9-cu dəfə İsrailə səfər edir.

 

 

Fidan Əliyeva

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az